Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti qarşılaşması baş tutacaq. Sport24.az xəbər verir ki, A qrupunda "Şəki" evdə "Neftçi" ilə üz-üzə gələcək.

 

Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. "Şəki" hazırda 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb. 7 xala malik "Neftçi" isə dördüncüdür.

 

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Lənkəran" "Sərhədçi"ni (83:78), "Naxçıvan" "Sumqayıt"ı (116:99) məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.