London polisi noyabrın 8-də Premyer Liqanın 11-ci turu çərçivəsində "Tottenhem"lə matçda "Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Mauntu təhqir etdiyi iddia edilən 19 yaşlı azarkeşi həbs edib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, sözügedən azarkeşin "qırmızı şeytanlar"ın oyunçusu haqqında təhqiramiz ifadələr işlətdiyini eşidən stadionunun əməkdaşı azarkeşi arenadan çıxarıb. Daha sonra həmin əməkdaş hadisə barəsində məlumat verib.
Qeyd edək ki, azarkeş "qəsdən təqib, həyəcan və ya narahatçılıq yaratmaq" maddəsi ilə həbs olunub və istintaq aparılana qədər girov müqabilində azadlığa buraxılıb.