Vinisius Junior baş məşqçi Xabi Alonso ilə münasibətlərinin gərgin qaldığı müddətdə "Real" ilə müqaviləsini yeniləmək istəmədiyini bildirib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, brazliyalı vinger problemi klub prezidenti Florentino Peresə çatdırıb. Ancaq futbolçuya deyilib ki, bu məsələ mətbuata çıxmamalıdır.
Qeyd edək ki, Vinisius La Liqanın 10-cu turu çərçivəsində baş tutan "Barselona" (1-2) ilə oyunun ikinci hissəsində əvəzlənməsi səbəbindən qəzəblənmişdi. O zaman braziliyalı futbolçu məşqçinin qərarına sərt şəkildə narazılığını bildirməklə yadda qalmışdı.