Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin V turunda növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

Çexiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

 

Qeyd edək ki, əvvəlki 4 qarşılaşmanı məğlub başa vuran təmsilçimiz turnir cədvəlinin 36-cı pilləsində qərarlaşıb. İtaliya klubu isə 3 xalla 25-cidir.