Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq. Sport24.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Sloveniya ilə üz-üzə gələcək.

 

Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu milli növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.