"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Şelburn"una qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 

 

İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, "Şelburn" ötən gecə I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Linfild"lə heç-heçə edib (1:1, ilk görüş - 1:0) və 2 oyunun yekununa görə, "Qarabağ"a rəqib olub.