Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək. Sport24.az  xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.

 

"Qarabağ" "Tofiq Bəhramov"da baş məşqçisiz qalan "Sabah"ı sınağa çəkəcək. Premyer Liqada ardıcıl 10 qələbə qazanan Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı davam etdirmək, zirvədəki mövqeyini bir az da möhkəmləndirməyə çalışacaq. 

 

Bayquşlar isə üç gün əvvəl kubokun formal xarakter daşıyan cavab oyununda məğlub etdiyi rəqibdən xal almağa çalışacaq.

 

Qeyd edək ki, tura fevralın 13-də yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası
XXII tur

19:00. "Qarabağ" – "Sabah" 3:3 (2-ci hissə)

Qol: M.Yankoviç, 31-pen. Juninyo,64  - İ.Belfodil 45+1-pen; İ.Belfodil 54-pen. T.Mütəllimov, 90+5

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Rauf Allahverdiyev
AVAR: Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Məşqçi: Ruslan Qafitullin