Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürdü. Sport24.az saytının 3-cü mövsümdü həyata keçirdiyi Premyer Liqanın BİLİCİsi layihəsində ilk turda iştirakçılardan yarıdan çoxu - 6 nəfər maksimum nəticə göstərdi. 

Əslində, bütün iştirakçılar "Zirə", "Qarabağ" və "Neftçi"nin qələbələrini proqnozlaşdıraraq, 3 xalı hesablarına yazmış oldular. Sumqayıt və Tovuzdakı matçlarda fərqli təxminlər olduğundan, bu, xallarda öz əksini tapıb. Keçən çempionatda son 2 pilləni tutanlar - İbrahim Cəfərovla Faiq Tahirov məhz bu görüşlərdə "yandıraraq" 3 xalla kifayətlənməli olublar. 

 

İlk turdan sonra turnir cədvəli: 

Kənan Həsənov, Ruslan Sadıqov, Səxavət Qurbanov, Mehman Süleymanov, Kənan Məstəliyev, Elmir Əliyev - hamısı 5, Süleyman Vəliyev, Ceyhun Əliyev, Ruslan Mikayıllı - hər üçü 4, İbrahim Cəfərov, Faiq Tahirov - hər ikisi 3.