Misli Premyer Liqasının 30-cü turunun son oyunu paytaxtda keçiriləcək. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Zirə"ni qonaq edir.
Meydan sahibləri bu gün meydandan qalib ayrılacağı təqdirdə tunir vəziyyətini bir qədər yaxşılaşdıra, 5-ci pilləyə yüksələ bilər. Hazırda ikinci yerdə qərarlaşan və Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan "Zirə"nin də3 xal üçün mübarizə aparacağı heç kimdə şübhə doğurmur.
Qeyd edək ki, Rəşad Əhmədovun idarə edəcəyi oyunun start fiti saat 19:15-də səslənəcək.
Misli Premyer Liqası
IV dövrə, XXX tur
19:15. "Neftçi" - "Zirə" - 2:4
Qollar: Filip Ozobiç, 9 (1:0), Edvin Kuç, 23 (2:0), Rafael Utziq, 43 - pen. (2:1), Davit Volkov, 61 (2:2), Rafael Utziq, 75 - pen. (2:3), Ceyhun Nuriyev, 77 (2:4)
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Bakı. "Neftçi Arena".
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev(k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 30. Rikardo Martins, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.