"Neftçi" Misli Premyer Liqasının 34-cü turunda qarşılaşacağı "Turan Tovuz"la matçın hazırlığı yekunlaşıb. Sport24 az xəbər verir ki, "ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Hazırlıq prosesindən sonra komandanın üzvləri Tovuza yola düşüblər.
Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" – "Neftçi" oyunu saat 19:30-da başlanacaq.