Mövsümün iddialılarından olan "Neftçi" gözlənilməz problemlə üzləşib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın ev oyunlarını keçirdiyi "Neftçi Arena"nın ot örtüyü qeyr-qənaətbəxş vəziyyətdədi.
Paytaxt təmsilçisinin ilk turda baş tutacaq "Turan Tovuz"la oyununun yeri dəyişdiriləcəyi gözlənilsə də, bu baş verməyib. "Neftçi" rəhbərliyi məsələ ilə bağlı nə Qərb təmsilçisinə, nə də PFL-ə müraciət edib.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Neftçi Arena"da olacaq.
Qeyd edək ki, sabah keçiriləcək matçın start fiti 18:30-da səslənəcək.