"Neftçi"nin futbolçusu Denzel Jubitana Surinam yığmasına dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

 

Surinam yığması KONKAKAF Millətlər Liqasında sentyabrın 26-da Hondursa, 29-da Martinika, oktyabrın 3-də və 6-da isə Qvatemala ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Jubitana bu yay "Neftçi"yə transfer olunub. O, "ağ-qaralar"la Premyer Liqada 1 oyuna çıxıb.