"Karvan Yevlax" Ruslan Voronsovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ruslan Voronsov mövsümün əvvəlindən "Karvan-Yevlax"da çıxış edirdi. Təcrübəli forvard komandanın heyətində 1 rəsmi matçda meydana çıxıb.