Misli Premyer Liqasında sonuncu - 33-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Kəpəz" Sumqayıtda "Neftçi"ni qonaq edəcək. Hər iki komanda üçün bu görüş formal xarakter daşıyır. Nominal meydan sahibləri elitada yerini qorumağı bacarıbsa, "ağ-qaralar" Konfrans Liqasına vəsiqəni təmin edib.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXXIII tur
15:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.