"Real" "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesi "rənglərinə bağlamağa" çalışır. Sport24.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Mançester Siti" də Fernandeslə maraqlanır. Ancaq hər şey Rodrinin qərarından asılıdır. "Kral klubu" ispan yarımmüdafiəçinin də transferində maraqlıdır. Rodri ilə anlaşmaq mümkün olmasa, Fernandes İngilətərədən İspaniyaya köçə bilər.

 

Qeyd edək ki, Enso martda mətbuata verdiyi açıqlamada karyerasını "Real"da davam etdirməyə hazır olduğunu bildirib.