Yarımmüdafiəçi Andres Kristensen və "Barselona" müqavilənin uzadılması ilə bağlı hərtərəfli razılığa gəliblər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, yarımmüdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını geyinəcək. Yeni sözləşməyə əsasən, 30 yaşlı futbolçu əvvəlkindən daha az maaş alacaq.
Qeyd edək ki, Kristensen bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb və bir qol vurub. O, zədə səbəbindən 34 görüşü buraxmaq məcburiyyətində qalıb.