Səudiyyə Ərəbistanı çempionatında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Joao Feliks başa çatan mövsüm üçün Pro Liqasının ən yaxşısı seçilib.
Geridə qalan "futbol ili"ndə 26 yaşlı futbolçu meydana çıxdığı 33 matçda 20 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Feliks və digər portuqaliyalı ulduz Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" bu il Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.