"Mançester Siti" "Etihad" stadionunun yenidən qurulmuş Şimal tribunasının adını "Pep Qvardiola tribunası" olaraq dəyişdirib. Sport24.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidmti məlumat yayıb.

 

Kataloniyalı mütəxəssisin klubdakı 10 illik uğurlu fəaliyyətini nəzərə alan klub rəhbərliyi bu addımı atmağı lazəm bilib. Sözügedən tribunada klub loqosu və "dönüş nöqtəsi" və "Tarixin yaradıcısı" kimi yazılar olacaq. Tribunada yenidənqurma işlərinə mövsümün son oyunu, "Aston Villa" ilə matçdan sonra start veriləcək. Bu, həm də 55 yaşlı məşqçinin "Mançester Siti"də son qarşılaşması olacaq. 

 

Qeyd edək ki, Qvardiola mövsümün sonunda rəsmi olaraq klubdan ayrılır. Onun rəhbərliyi altında "Mançester Siti" 6 dəfə Premyer liqanın çempionu olmaqla yanaşı, üç dəfə FA Kubokunu və Super Kuboku, beş dəfə Liqa Kubokunu, eləcə də Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.