"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubunda çalışdığı müddətdə ən böyük peşmançılığını açıqlayıb. İspaniyalı mütəxəssis bu barədə "Sky Sports"a verdiyi müsahibədə danışıb:

 

"Etiraf etməliyəm. Burda çalışdığım illərdə bir çox qərarlar vermişəm. Amma illərdir ürəyimdə gəzdirdiyim bir peşmançılıq var. Bu da odur ki, mən Co Harta şans vermədim. O, necə də əla qapıçı idi!

Klaudio Bravo və Edersona bütün hörmətim olsa da, amma o anda deməliydim ki, "Yaxşı, Co, gəl bunu birlikdə sınayaq. Əgər özünü göstərə bilməsən, səni əvəz edəcəyik. Amma ona bu şans verilmədi. Bəzən qərar verməli oluram, ancaq heç də hər zaman ədalətli olmuram. Buna görə peşmanam". 

 

Co Hart 2006-cı ildən 2018-ci ilə qədər müqavilə ilə "Mançester Siti"yə məxsus olub. O, icarə əsasında "Tranmer", "Blekpul", "Birmingem", "Torino" və "Vest Hem" kimi klubların formasını geyinib.