Misli Premyer Liqasının 33-cü turunun üçüncü oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "Zirə"ni qəbul edir.

 

Hər iki komanda mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoysa da, sonda istəyinə çata bilmədi. Nominal meydan sahibləri "futbol ili"ni turnir cədvəlinin 6-cı, "qartallar"ın isə 5-ci pilləsində başa vuracağı dəqiqləşib.

 

Qeyd edək ki, mövsümün son qarşılaşması sabah Qubada - "İmişli" ilə artıq elitanı tərk edəcəyi rəsmiləşən "Karvan-Yevlax" arasında baş tutacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXXIII tur

19:00. "Araz-Naxçıvan" - "Zirə"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sumqayıt. "SOCAR Polymer Arena".