Misli Premyer Liqasının 33-cü turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası mövsümün son turunda "doğma divarlar" arasında "Qarabağ"ı qəbul edir.
Qurban Qurbanovun yetirmələri üçün bu matç formal xarakter daşıyır. Ağdamlılar artıq "gümüş"ü özləri üçün təmin ediblər. "Kimyaçılar"ın isə mövsümü 6-cı pillədə bitirmək şansı var. Bunun üçün meydan sahibləri bu gün qələbə qazanmalı və hesabat turunda "Araz-Naxçıvan"ın məğlub olmalıdır.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXXIII tur
19:30. "Sumqayıt" - "Qarabağ" 0:2 (Birinci hissə)
Qollar: R. Şeydayev, 4, E. Addai, 22.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
"Sumqayıt": 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 95. Nsana Simon
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 10. Nikola Ninkoviç 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç
"Qarabağ": 89. Amin Ramazanov 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 80. Bəhruz Qurbanlı 32. Hikmət Cəbrayılzadə 82. Məhəmməd İmaməliyev 8. Marko Yankoviç 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 66. Hacı İbrahim 76. Nicat Xasıyev 74. Səbuhi Niftiyev 47. Mehdi Mütəllimli