"Şaxtyor"un baş məşqçisi Arda Turan adının "Beşiktaş"la hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, Türkiyə mətbuatına danışan mütəxəssis xəbərlərin doğru olmadığını söyləyib:
"Adımın "Beşiktaş"la hallanması mənim üçün qürurdur. Ancaq rəhbərliklə böyük xəyallar qurmuşuq və harda olacağım dəqiqdir".
Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor" Ukrayna Premyer Liqasında 2025/26 mövsümünün qalibi olub.