Bu gün Türkiyə Kubokunun qalibi məlum olacaq. Sport24.az xəbər verir ki, həlledici görüşdə "Trabzonspor" ilə "Konyaspor" üz-üzə gələcək. Matça saat 21:45-də start veriləcək.
"Konyaspor" 1/4 finalda "Fənərbağça"nı, yarımfinalda isə "Beşiktaş"ı mübarizədən kənarlaşdırıb.
"Trabzonspor" isə "Samsunspor" və "Gənclərbirliyi"ni üstələyib.
Türkiyə Kuboku
Final
22 may
21:45 Trabzonspor – Konyaspor