"Mançester Yunayted" rəsmi olaraq Maykl Kerrikin baş məşqçi təyin olunduğunu elan etdi. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, əvvəllər bu vəzifəni müvəqqəti olaraq icra edirdi.
Tərəflər müddəti 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıblar.
Qeyd edək ki, Kerrik bu ilin yanvarında Ruben Amorimin vəzifəsindən kənarlaşdırılmasından sonra "Mançester Yunayted"ə rəhbərlik etməyə başlayıb. Onun baş məşqçi kimi ilk müqaviləsi 2026-cı ilin yayına qədər idi. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında "mankunianlar" İngiltərə Premyer Liqasında 15 oyundan 10-da qalib gəlib və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanıblar.