"Barselona" Markus Reşfordun icarə müqaviləsini uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Kataloniya klubu ingilis hücumçunu daha bir mövsüm icarə əsasında heyətinə qatmaq niyyətindədir. Futbolçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlar başlayıb.
Reşford bu mövsüm "Barselona"da 48 oyunda 14 qol vurub, 14 məhsuldar ötürmə edib.