"Cenoa" icarə əsasında komandada çıxış edən Lorenso Kolombonun transfer hüquqlarını alıb. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Genuya təmsilçisi Kolombo üçün müqavilə ilə məxsus olduğu "Milan"a 7 milyon avro ödəyib.
Kolombo "Cenoa"da bu mövsüm 39 oyunda 7 qol vurub.