Rusiyanın "Baltika" klubunun futbolçusu Aleks Fernandes karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə yerli Legalbet.ru saytı məlumat yayıb.

22 yaşlı oyunçu Premyer Liqa klublarından birinə keçmək üçün Bakıya gələcək. Ehtimallara görə, futbolçu "Neftçi" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Aleks Fernandes cari mövsüm komandasında 18 oyun keçirib, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.