“Neftçi” Futbol Akademiyasının məşqçisi Eldəniz Məmmədov Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb. 

Sport24.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

Klub da öz növbəsində Eldəniz Məmmədovu təbrik edib, ona daha böyük uğurlar arzulayıb.