Sabah UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Neftçi" Avstriyada  “Rapid”in qonağı olacaq. Sport24.az-ın Vyanaya ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşmanın baş tutacağı “Alyans” stadionunun ot örtüyü heç də ürəkaçan durumda deyil.

Meydanın bir xeyli hissəsində ot yeyilib, keçəlləşib. Bu isə normal futbol sərgiləmək üçün əngəl törədəcək amillərdəndi. Bu cür meydançalara futbolsevərlər “bostanlıq” deyir.

Qeyd edək ki, Bakıdakı görüşdə “Neftçi” 2:1 qalib gəlib.