Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu İngiltərədə komandasını dəyişə bilər. Sport24.az  xəbər verir ki, 26 yaşlı futbolçu "Mançester Yunayted"ə keçə bilər.

 

"Brayton"a məxsus olan müdafiəşi özü də Mançesterə keçməyi götür-qoy edir. "Qırmızı şeytanlar" Ferdi üçün "Brayton"a 45 milyon avro təklif edib.

 

Dünya çempionatından sonra Kadıoğlunun "Mançester Yunayted"ə keçib-keçməyəcəyi dəqiqləşəcək.