Kişi basketbolçulardan ibarət Azərbaycanın əsas, U20 və U18 millilərinin Gəncə təlim-məşq toplanışı başa çatıb. Sport24.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev hazırlığı dəyələndirib:

 

"Gəncə toplanışı məhsuldar keçdi. Qarşıda bizi Belarusla iki yoldaşlıq oyunu gözləyir. Son rəsmi oyunlarda qələbə qazanmaq üçün gücümüz də, inamımız da var".

Əsas yığma Avropa çempionatı 2029-un ilkin seçmə mərhələsinin son oyunlarına, U20 və U18 milliləri isə Avropa çempionatlarına hazırlığını davam etdirir.

 

Hazırlığın növbəti mərhələsi Bakıda keçiriləcək.