Braziliya millisinin müdafiəçisi Danilo dünya çempionatının qrup mərhələsində Mərakeşlə 1:1 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, "sambaçı"ların təcrübəli futbolçu qarşıdakı görüşlərlə bağlı pozitiv düşündüyünü deyib:
"İlk hissənin və ümumiyyətlə, oyunun 1:1 hesablı başa çatmasına görə minnətdar olmalıyıq. Bu, növbəti oyun üçün dərs olacaq. Bundan tez bir zamanda dərs çıxarmaq lazımdır. Növbəti görüşlərdə uğurlu olmağa çalışacağıq".
Braziliya C qrupunda Haiti, Şotlandiya və Mərakeşlə mübarizə aparır.