Fil Dişi Sahili millisi DÇ-2026-ya qələbə ilə start verib. Sport24.az xəbər verir ki, Afrika millisi qrup mərhələsinin ilk oyununda Ekvadoru 1-0 hesabı ilə məğlub etdi.

 

Matçda yeganə qolu 90-cu dəqiqədə Amad Diallo vurub.

 

Bu qələbə sayəsində Fil Dişi Sahili E qrupunda üç xalla ikinci, Ekvador (sıfır xal) isə üçüncü yerdədir.

 

Qeyd edək ki, növbəti turda, iyunun 20-də Fil Dişi Sahili Almaniya, Ekvador isə iyunun 21-də Kurasao ilə qarşılaşacaq.