Fil Dişi Sahili hücumçusu Yann Diomande DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Ekvadora qarşı (1-0) oyunda matçın oyunçusu seçilib. Sport24.az xəbər verir ki, 19 yaşlı futbolçu qapıya iki zərbə, beş ötürmə və bir təhlükəli fürsət yaradıb.

 

Qyd edək ki, Diomande dünya çempionatında ilk oyununa çıxıb. Ümumilikdə isə millinin heyətində 11 oyun keçirib və 3 qol vurub.