"Neftçi" baxışda olan panamalı legoner Ansoni Alexandro Frias Qonsales barəsində hələ yekun qərar verməyib. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a verdiyi məlumata görə, bu, Antalyadakı təlim-məşq toplanışında sonuncu yoxlama oyunundan sonra olacaq. 

Söhbət Polşanın “Qurnik Lençna” klubu ilə yanvarın 24-də keçiriləcək matçdan gedir.

Ansoni bu ölkənin digər təmsilçisi - Plotsk "Visla"sıyla 1:1 hesabıyla nəticələnən görüşdə syart heyətdə meydana çıxıb. O, bundan sonra da Bakı klubunun Türkiyədəki hazırlığında iştirak edir.