"Sabah" baxışa dəvət etdiyi Rusiyadan futbolçu haqda qərarını verib. Klubun idman direktoru İqor Ponomaryov Sport24.az-a açıqlamasında gənc müdafiəçi Nikolay Boçkonu geri qaytardıqlarını söyləyib: "O, özünü göstərməyə çalışırdı. Amam təəssüf ki, gedəsi odu. Belə qərar verdik ki, onu qaytaraq. Çünki həmin mövqedə futbolçularımız var"

Boçko Masazır təmsilçisinin baş məşqçisi olan həmyerlisi Murad Musayevə "Krasnodar"dan tanışdı. Belə ki, 22 yaşlı cinah müdafiəçisi həmin vaxt "Krasnodar-2"də çıxış edib.  "Krasnodar"ın yetirməsi olan Nikolay son dəfə "OİK Rostov"da çıxış edib.