Misli Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub. Sport24.az başa çatan mövsümdə ən çox sarı və qırmızı vərəqə alan futbolçularla bağlı araşdırma aparıb.

Sarı vərəqələrə görə siyahının ilk pilləsində iki oyunçu qərarlaşıb.

Bunlar "Araz-Nazçıvan"dan Vanderson Melo və "Səbail"dən İlkin Muradovdor. Hər ikisi 11 dəfə belə halla üzləşib. Muradov mövsümün əvvəlində "Şamaxı"nın da formasını geyinib.

"Kəpəz"dən Dioqo Verdeska, ötən mövsüm "Şamaxı"da çıxış edən Brahim Konate ("Zirə"yə keçib) və "Netçi"dən ayrılan Yuri Matias hərəyə 10 dəfə "sarı" görüblər.

Birbaşa qırmızı vərəqlərdə isə "Neftçi"nin legioneri Edvin Kuç liderdir. Monteneqrolu oyunçu ötən mövsümdə iki dəfə "qırmızı" alaraq meydandan qovulub.

Ondan əlavə digər 11 oyunçu 1 dəfə bu cəzanı alıb.

Qeyd edək ki, Premyer Liqada 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.