Bu gün Misli Premyer Liqasında 17-ci tur start götürür. Sport24.az xəbər verir ki, bununla da elitada təxminən bir ay sürən fasilə başa çatır.

 

Hesabat həftəsinin ilk oyun günündə 2 matç baş tutacaq. İlin ilk qarşılaşmasında "İmişli" "Araz-Naxçıvan"ı qonaq edir. Quba Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:30-da başlayacaq.

 

Qeyd edək ki, aktivində 26 xal olan Naxçıvan təmsilçisi turnir cədvəlində 6-cı, "İmişli" isə 17 xalla 9-cu pillədə qərarlaşıb. onu da xatırladaq ki, fasilə dönəmində "Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi reallaşıb. Ukraynalı Andrey Demçenko "qırmızı-ağlar"ın "sükanı arxasına" keçib.

 

Misli Premyer Liqası

II dövrə, XVII tur

14:30. "İmişli" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Quba. OİK stadionu.