İngiltərə futbolunun əfsanəsi Pol Qaskoyn tətil dövründə baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib. Sport24.az xəbər verir ki,  veteran futbolçunun özü bu barədə "talkSPORT"a açıqlama verib.

 

Mənbənin sözlərinə görə, 58 yaşlı Qaskoynun altı qabırğasını sınıb.

 

Qeyd edək ki, Pol Qaskoyn 1988-ci ildən 1998-ci ilə qədər İngiltərə millisinin formasını geyinib. O, karyerası ərzində "Reyncers", "Nyukasl", "Tottenhem", "Everton" və "Latsio" da daxil olmaqla bir sıra klublarda oynayıb.