Misli Premyer Liqasının VII turunun oyunlarında üç futbolçu cəzalı olduğu üçün meydana çıxmayacaq. Spor24.az-ın məlumatına görə, bunların hamısı legionerlərdir.

"İmişli"dən Rafael Viegas, "Qəbələ"dən Prins Ovusu və "Araz-Naxçıvan"dan Patrik Andrade komandalarına kömək edə bilməyəcəklər.

"Sabah"dan isə məşqçi Gasiuas Justinas cəzalıdır.

Qeyd edək ki, "Araz-Naxçıvan" bu gün "İmişli" ilə üz-üzə gələcək. "Sabah" oktyabrın 5-də "Karvan-Yevlax"ın qonağı olacaqsa, "Qəbələ" eyni gündə "Şamaxı"nı qəbul edəcək.