"Qarabağ" evdə oynamağına rəğmən, inanmıram ki, rahat qarşılaşma olsun və təmsilçimiz asanlıqla mərhələni keçsin. 2 top fərqinə baxmyaraq, rəqibi bütün gücü ilə hücum edəcək. "Braqa"nın itiriləcək heç nəyi qalmayıb". Bu sözləri Sport24.az-a açıqlamasında millinin məşqçisi Arif Əsədov bildirib.

 

Əsədov bu gün keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"ın ehtiyatlı oynamalı olduğunu düşünür: "Rəqib ilk dəqiqələrdən "süvari"ləri təzyiq altında saxlayacaq. Ağdam təmsilçisi maksimum ehtiyatlı olub, şanslarını dəyərləndirməlidi. Mən heç də komandamızın meydanda "ikinci skripka" kimi oynamasını nəzərdə tutmuram. Amma müdafiədə son dərəcə ehtiyatlı olmaq lazımdı. Qapısını toxunulmazlığını təmin etsə, "Qarabağ"ın alışdığımız oyun üslubunu görəcəyik. Ümid edirəm ki, mərhələni biz keçəcəyik".

 

Qeyd edək ki, bu gün baş tutacaq  "Qarabağ" – "Braqa" matçının start fiti saat 21:45-də səslənəcək.

POLAD AZƏR