Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığma Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçını keçircək. 

 

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gələcək. Dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzan millimiz bu dəfə uğurlu nəticə qazanmağa çalışacaq.

 

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.

 

Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan 3:2

Qollar: M.Emreli, 42. E.Mahmudov, 51 (pen.). T.Bayramov, 72 - Y.Voroqovskiy, 2. M.Samorodov, 28
Baş hakim: Bence Csonka (Macarıstan)
Sombatxey. "Haladas SportKomplexum"

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Baş məşqçi: Arif Əsədov

Qazaxıstan: 1. Aleksandr Zarutski, 11. Yan Voroqovskiy, 3. Nurali Alip, 22. Aleksandr Maroçkin, 24. Alibek Kassim, 4. Marat Bıstrov, 8. Aşkat Taqibergen (k), 18. Adilet Sadibekov, 7. Ramazan Orazov, 10. Maksim Samorodov, 17. Abat Aimbetov

Baş məşqçi: Ruslan Baltiyev