Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında keçirdiyi növbəti oyunda məğlub olub. Sport24.az xəbər verir ki, Zeynal Zeynalovun komandası 2-ci görüşdə Rumıniyaya yenilib - 2:4 

Millimiz  qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.

İlk matçda Türkiyəni məğlub edəb yığmamızın sentyabrın 21-dəki rəqibi İsveçrə yığması olacaq.