Azərbaycan millisində daha iki ilk yaşanıb. Sport24.az xəbər verir ki, Filip Ozobiç və Anatoli Nuriyev yığmadakı qol hesabını açıb.

Hər iki yarımmüdafiəçinin "siftə"si UEFA Millətlər Liqasının son turuna təsadüf edib. Onlar Qazaxıstan üzərində 3:0 hesablı qələbəyə bir qolla töhfə verib. Filip yubiley - 10-cu matçda ilkini rəsmiləşdirib. Anatoli yığmadakı 12-ci oyununda fərqlənib. 

Bununla da milli tarixində qol vuranların sayı 68-ə çatıb. Bu siyahıya 14 qolla Qurban Qurbanov başçılıq edir.

Qeyd edək ki, millinin sentyabrdakı qarşılaşmalarında 4 futbolçu qol hesabını açıb. 4 günü əhatə edən müddətdə öncə hücumçu Renat Dadaşovla müdafiəçi Höccət Haqverdi buna nail olmuşdular.