Sumqayıt şəhər stadionunun istifadəyə verilməsinə az vaxt qalıb. Sport24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına şəhər stadionunun oktyabr ayının sonuna kimi tam istifadəyə verilməsi planlaşdırılır.

Bu arena 2 ildən çoxdur ki, yenidən qurulur. Hazırda burada tamamlama işləri aparılır. Yüksək aqrotexniki qaydalara uyğun olaraq, oyun meydançasına ot örtüyü sərilib. Müxtəlif üsullarla həmin örtüyün köklərinin bərkidilməsi prosesi gedir. Qısa zamanda birinci biçinə başlanılacaq. 

Bunula paralel olaraq, stadionda oturacaqların qurulması bitmək üzrədir. Xarici fasad hissələrində metal-konstruksiya, ətrafda üfuqi planlaşdırma, həmçinin ağacların budanma işləri həyata keçirilir.