AFFA-nın dəstəyi ilə "Azərbaycan Media Liqası"nın ikinci mövsümün açılış mərasimi baş tutub. Sport24.az xəbər verir ki, media nüməyəndələri üçün keçirilən mətbuat konfransında turnirin təşkilatçısı və iştirakçısı "Do Kontsa" komandasının kapitanı Nuqzar Kvirtiya, "Do Kontsa" komandasının baş məşqçisi Ələkbər Əliyev, "Black Bulls" komandasının vitse-kapitanı Fuad İsgəndərov, "White Wolfs" komandasının kapitanı Sabir Samiroğlu və "UnderGame" komandasın kapitanı Tamerlan Imanov, eyni adlı komandanın vitse-kapitanı Elcan Rəsulov iştirak ediblər.

 

Mətbuat konfransında turnirin keçirilmə vaxtları,formatı , komandaların tərkibi və hazırlıq səviyyələri ilə bağlı suallara cavab verilib. Daha sonra hər dörd komandanın turnirdə iştirak edəcəyi formaları jurnalistlərə təqdim edilib.

 

"Azərbaycan Media Liqası" ilk şou xarakterli oyununu 16 sentyabr 2023-cü ildə keçirərək, ölkənin ən reytingli media layihələrindən biri olmağı bacarıb. Nuqzar Kvirtiya, Ziya Əliyev və Tamerlan İmanovun təşkilatçılığı ilə ikinci mövsüm artıq tam liqa, özündə iki yarımfinal və bir final oyunu formatında 8 may tarixində 18:00-dan etibarən "White Wolfs" – "Black Bulls" komandlararının görüşü ilə start götürür. İkinci yarımfinal mayın 12-si "Do Kontsa" – "UnderGame" komandalarının oyunu ilə yamamlanacaq.

 

Final oyunu mayın 17-si keçiriləcək. Bütün oyunlar "ASCO Arena"da keçiriləcək və giriş sərbəst (pulsuz) olacaq.