Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı daha bir transfer iddiası irəli sürülüb. Sport24.az xəbər verir ki, bu barədə "TransferFeed" məlumat yayıb.

27 yaşlı hücumçunun okeanın o tayına getmək ehtimalının olduğu yazılıb.

Forvardın karyerasını ABŞ-nin MLS Liqasında davam etdirə biləcəyi yönündə fərziyyələrin olduğu diqqətə çatdırılıb. Lakin Emrelinin Bundesliqada oynamaq istədiyi vurğulanıb.

MLS-də Lionel Messi, Luis Suares, Xordi Alba və bir sıra məşhur futbolçular çıxış edirlər.

Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunda 1 qola imza atıb.