"Mateus Silvanın zədəsi var. Yəqin ki, 3 oyunda meydana çıxmayacaq." Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncəki mətbuat konfransında deyib.

 

O, Yankoviçin vəziyyətindən də danışıb:

 Yankoviçin durumu isə hələlik tam bilinmir. İnanırıq ki, yaxın vaxtda onun xidmətindən yararlana biləcəyik".