"Yay transfer dövrü arxada qalıb, hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bütün yaxşı futbolçularımızdan istifadə etməliyik". Spor24.az xəbər verir ki, bu fikirləri "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Moskva "Spartak"ına qarşı səfərdə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl yerli mətbuata deyib.

51 yaşlı mütəxəssisin sözlərinə görə, aparıcı futbolçularına uyğun taktika ilə meydana çıxmaq istəyir. Bu sırada millimizin də üzvü olan hücumçusu Mahir Emreli var: "Emreli, Jozue, Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 futbolçunun olmasını istəyirəm".

Qeyd edək ki, sabah keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.