Avropa çempionatının final mərhələsi - AVRO-2020 start götürdü. Bu, açılış matçı olan İtaliya - Türkiyə qarşılaşması (3:0) ilə oldu. Sport24.az saytının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i olan yeni layihəsi də başladı. Final mərhələsində olduğu kimi, bizdə də 24 iştirakçı var. 

İlk matçının dəqiq hesabını heç kim tapa bilməyib. Hətta 3 top fərqini də. Buna görə yalnız İtaliyanın qələbəsini tapanlar hesablarına 1 xal yaza biliblər. Bunlar futbol adamlarından Şahin Diniyev, Arif Əsədov, Mahmud Qurbanov, Samir Əliyev, Firuz Abdulla, Aslan Şahgəldiyev, Premyer Liqa klubları rəsmilərindən Rəşad Məmmədov, Elnur Həmidov, media mənsublarından Mehman Süleymanov, Tahir Hümmətov, Kənan Məstəliyev, İbrahim Cəfərov, Faiq Tahirovdu. Beləliklə, 13 nəfər 1 xalla mübarizəyə başladılar, digər 11 iştirakçının isə hələ ki hesablarında xal yoxdu. 

İlk turun proqnozlarını və yarışmanın qaydaları haqda aşağı linkdən tanış ola bilərsiniz: 

(https://sport24.az/bizim-futbol/sport24az-yeni-layhesi---kohne-qitenin-yeni-muneccimi-bashladi)